Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin sahibkarlarla növbəti görüşü Tovuz rayonunda keçiriləcək.
"İki sahil"in “Azəriqaz”a istinadən verdiyi məlumata görə, Birlik İqtisadiyyat Nazirliyinin tabeliyindəki kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Tovuzda görüşü təşkil olunacaq.
Aksiya Dönük Qırıqlı kəndində (İcra nümayəndəliyinin qarşısında) baş tutacaq. “Səyyar qəbul otağı” oktyabrın 18-də saat 14:00-dan 15:00-a qədər sahibkarların xidmətində olacaq.
İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.
SOCAR-ın prezidenti ABŞ Dövlət Departamentinin baş müşaviri və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin ölkə üzrə meneceri ilə görüşüb
"Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub