16 oktyabr 2023 16:33
293

Azərbaycan neft məhsullarının ixracını 46% artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 459 669.16 min ABŞ dolları dəyərində 751 742.35 neft məhsulları ixrac edib.

"İki sahil"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2022-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 34.3%, həcmi isə 45.8% artıb.

Xatırladaq ki, ötən il Azərbaycan 527 355,16 min ABŞ dolları dəyərində 770 815,85 ton neft məhsulları ixrac edib. Hesabat dövründə ölkənin ixrac etdiyi neft məhsullarının dəyəri 2021-ci ilin göstəricisi ilə müqayisədə 18,8%, həcmi isə 42,6%-ə yaxın azalıb.