17 oktyabr 2023 09:59
264

Neft cüzi ucuzlaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2023-cü ilin dekabr müqaviləsinin dəyəri 0,06% azalaraq, 1 barelə görə 89,6 dollar təşkil edib.

“İki sahil” xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin dekabr ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,16% azalaraq, 85,12 dollar olub.