Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda suvarma kanalları və kollektor-drenaj şəbəkələrində 30 milyon 662 min kubmetr həcmində lildən təmizləmə işləri aparılıb.
“İki sahil” xəbər verir ki, bu barədə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-dən bildirilib.
Hesabat dövründə magistral kollektor-drenaj şəbəkələri vasitəsilə Xəzər dənizinə 2,363 milyard kubmetr həcmində qrunt suları axıdılıb, 11 min 815 ton duz kənarlaşdırılıb.
Ümumilikdə bu ilin 9 ayı ərzində görülmüş tədbirlər nəticəsində 120 hektar yeni suvarılan sahə əkin dövriyyəsinə cəlb edilib, 10 min 144 hektar sahənin su təminatı və 800 hektar sahənin isə meliorativ vəziyyəti yaxşılaşdırılıb.
Azərbaycan Hava Yolları və “Sea Breeze” birgə lotereyanın 100 qalibini müəyyən edib