Energetika naziri Pərviz Şahbazov Çin Xalq Respublikasının Milli İnkişaf və İslahat Komissiyasının sədri Zheng Shanjienin dəvəti ilə Çinə səfər edib.
“İki sahil”in Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, nazir oktyabrın 18-də Pekin şəhərində keçiriləcək 3-cü “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumu çərçivəsində “Bağlantılar” üzrə yüksək səviyyəli iclasda iştirak edəcək.
Tədbir çərçivəsində nazirin “Qarşılıqlı faydalı inkişaf üçün infrastrukturun, həmçinin texnologiyaların, standartların, qaydaların və əməliyyatların əlaqələndirilməsinin gücləndirilməsi” mövzusunda çıxışı və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.
ADSEA: Pirşağıda kanalizasiya kollektorlarının tikintisində bütün təhlükəsizlik tədbirləri görülüb
Bakıda “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə Nazirlər İclası keçirilib
Auditorlar Palatası fəaliyyətini rəqəmsallaşma, peşə etikası və beynəlxalq əməkdaşlıq istiqamətində gücləndirir