Bu gün Azərbaycanda hər beş sahibkardan biri qadındır.
“İki sahil” xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Azərbaycan Qadınlarının VI qurultayında bildirib.
"O cümlədən, Ağdam və Cəbrayıl rayonundakı sənaye parklarında, eləcə də texnoparklarda və aqroparklarda qeydiyyatdan keçən sahibkarların bir qismi qadındır. Dövlət qadınların sahibkarlıq fəaliyyətinə böyük ümid bəsləyir. Hazırda Qarabağda və Şərqi Zəngəzurun təhsil və səhiyyə sektorlarında, eləcə də məşğulluqda da qadınlar böyük paya malikdirlər", - deyə o qeyd edib.
Azərbaycan Hava Yolları və “Sea Breeze” birgə lotereyanın 100 qalibini müəyyən edib