İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Dost Çağrı Mərkəzi 142" MMC-ni dövlət qeydiyyatına alıb.
“İki sahil” xəbər verir ki, yeni şirkət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə eyni hüquqi ünvanda - Bakı şəhəri Yasamal rayonu, Salatın Əsgərova küçəsi, 85-də qeydiyyatdan keçib.
Onun nizamnamə kapitalı 1 000 manat, qanuni təmsilçisi isə Azər Allahverdi oğlu Əliyevdir. Söhbət Nazirliyin Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyəti sədrinin müşavirindən gedir.
Azərbaycan Hava Yolları və “Sea Breeze” birgə lotereyanın 100 qalibini müəyyən edib