İsrailin Livanla sərhəddə yerləşən Kiryat-Şmona şəhərinin sakinləri təxliyə edilir.
“İki sahil” xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi və İsrail Müdafiə Qüvvələri (İDF) birgə bəyanat yayıb.
Məlumata görə, insanlar dövlət tərəfindən maliyyələşdirilən qonaq evlərində yerləşdiriləcək.
Bəyanatda qeyd edilib ki, təxliyə planı müdafiə naziri Yoav Qallant tərəfindən təsdiqlənib.
İsrail ordusunun Şimal Komandanlığı qərar barədə şəhər merini məlumatlandırıb.
Azərbaycan Hava Yolları və “Sea Breeze” birgə lotereyanın 100 qalibini müəyyən edib