SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi ilə “Gəncə Cihazqayırma Zavodu” ASC arasında müqavilə imzalanıb.
“İki sahil” xəbər verir ki, imzalanma “Azəriqaz” İB-nin keçirdiyi "Açıq qapı" aksiyası çərçivəsində baş tutub.
Sənəd “Azəriqaz”ın baş direktoru Ruslan Əliyev və ASC-nin icraçı direktoru Ayət Bağırov tərəfindən imzalanıb.
Müqavilə “Azəriqaz”ın “Gəncə Cihazqayırma Zavodu” tərəfindən yerli istehsal olan qaz sayğacları ilə təmin edilməsini nəzərdə tutur.
Macarıstanlı tələbələr və çinli professor və doktorantlar SOCAR-ı ziyarət ediblər
SOCAR-ın təşkilatçılığı ilə “Vətən müharibəsi qəhrəmanları ilə bir gün” adlı layihə həyata keçirilib