20 oktyabr 2023 12:54
321

DSMF-nin gələn il üçün büdcəsi 7 milyard manata yaxın olacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2024-cü il üçün nəzərdə tutulan büdcəsinin 6 milyard 919,9 milyon manat olacağı gözlənilir.

“İki sahil” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 10,4 % çoxdur.