Azərbaycan energetikləri Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər.
“İki sahil”in Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, Energetika Nazirliyinin, “Azərenerji” ASC və “Azərişıq” ASC-nin kollektivi Energetiklər Günü münasibətlə Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə əklil qoyublar.
Daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın və dövlət xadimi Əziz Əliyevin məzarları üzərinə gül dəstələri qoyulub.
Şəhidlər Xiyabanı da ziyarət edilib, Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının məzarları üzərinə gül dəstələri qoyularaq əziz xatirələri ehtiramla yad edilib.
Xatırladaq ki, 19 ildir ki, Azərbaycan energetikləri 20 oktyabrı öz peşə bayramları günü kimi qeyd edirlər. Bu əlamətdar gün 1981-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Cənubi Qafqazın ilk böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İES-in birinci enerji blokunun istifadəyə verilməsi ilə Azərbaycan energetikasının inkişafında yeni mərhələnin başlanmasına əsaslanır. Azərbaycan Prezidenti İlham Əliyevin 13 oktyabr 2004-cü il tarixli 446 saylı sərəncamı ilə həmin tarix ölkəmizdə Energetiklər Günü kimi təsis edilib.
Bakıda “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə Nazirlər İclası keçirilib
Auditorlar Palatası fəaliyyətini rəqəmsallaşma, peşə etikası və beynəlxalq əməkdaşlıq istiqamətində gücləndirir