20 oktyabr 2023 13:23
302

İcbari Tibbi Sığorta Fondunun büdcəsi 18 % artırılır

İcbari Tibbi Sığorta Fondunun 2024-cü il üçün nəzərdə tutulan büdcəsinin 2 milyard 811,4 milyon manat olacağı gözlənilir.

“İki sahil” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 17,5 % çoxdur.