20 oktyabr 2023 13:38
254

Azərbaycan və Səudiyyə Ərəbistanı ikitərəfli əlaqələri müzakirə edib

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında ikitərəfli əlaqələri müzakirə edilib.

“İki sahil” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, nazir, iki ölkə arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın həmsədri Samir Şərifov Səudiyyə Ərəbistanının ölkəmizdə yeni təyin olunmuş səfiri İssam bin Saleh əl-Cuteylini qəbul edib.

Görüşdə siyasi, iqtisadi və digər sahələrdə ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyi bildirilib, bu xüsusda Müştərək Komissiyanın ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığın dərinləşməsinə verdiyi töhfə qeyd olunub. Eyni zamanda, beynəlxalq təşkilatlar və tədbirlər çərçivəsində ölkələrimizin bir-birinə qarşılıqlı dəstəyindən məmnunluq ifadə olunub.

S.Şərifov yeni səfiri təyinatı münasibətilə təbrik edərək Azərbaycandakı diplomatik fəaliyyətində ona uğurlar arzulayıb.