21 oktyabr 2023 14:37
417

KOBİA rəhbəri arıçı sahibkarlarla görüşüb

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov arıçılıq məhsullarının 23-cü Respublika Sərgi-Satış Yarmarkasında arıçı sahibkarlarla görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə o, özünün "X" hesabında məlumat verib.

"Bir aya yaxın davam edən arıçılıq məhsullarının 23-cü Respublika Sərgi-Satış Yarmarkasında olduq. Nərimanovda yerləşən sərgi çərçivəsində arıçılarla söhbət apardıq, satışla maraqlandıq. KOBİA arıçılığın inkişafına önəm verərək, xüsusilə Qarabağda bu sahəyə dəstək göstərir" - deyə o əlavə edib.