2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda sığorta yığımları 28,2% artaraq 937,237 milyon manata çatıb.
"İki sahil" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu dövrdə ümumi sığorta ödənişlərinin həcmi isə 25,7% artaraq 400,387 milyon manata yüksəlib.
Sığorta yığımları artım dinamikasının daha yüksək olması sığorta bazarının zərərliliyinə də təsir edib. Belə ki, 2022-ci ilin yanvar-sentyabr aylarında sığortaçılar topladıqları hər 100 manatın 43,6 manatını ödənişə yönləndirmişdilərsə, bu ilin eyni dövründə bu rəqəm 42,7 manata kimi azalıb.
Azərbaycan Hava Yolları və “Sea Breeze” birgə lotereyanın 100 qalibini müəyyən edib