23 oktyabr 2023 11:48
270

Azərbaycanda mebel istehsalı idxalını 2 dəfə üstələyib

2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycana 98 milyon 755 min dollar dəyərində mebel və onun hissələri idxal edilib.

"İki sahil”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 22.3% və ya 18 milyon dollar çoxdur. 2022-ci ilin ilk 9 ayında Azərbaycana 80 milyon 738 min dollar dəyərində mebel və onun hissələri idxal edilib.

Xatırladaq ki, hesabat dövründə mebel idxalının ümumi idxalda payı 0.78% təşkil edib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən isə bu ilin yanvar-sentyabr aylarında ölkədə 199.5 milyon manat dəyərində mebel istehsal edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 8% çoxdur.

Qeyd edək ki, Azərbaycanda mebel istehsalı idxaldan 2 dəfə çoxdur.