23 oktyabr 2023 12:00
264

Azərbaycanda könüllü sığorta 24%, icbari sığorta isə 40% artıb

2023-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda könüllü sığorta növləri üzrə 687 milyon 374 min manat, icbari sığorta növləri üzrə 249 milyon 863 min manat sığorta haqqı toplanılıb.

"İki sahil” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə könüllü sığorta növləri üzrə toplanan sığorta haqqları 24.2% və ya 133 milyon 809 min manat, icbari sığorta növləri üzrə sığorta daxil olmaları isə 40.6% və ya 72 milyon 209 min manat artıb.

Qeyd edək ki, hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 29.7% artaraq 320 milyon 151 min manat, icbari sığorta növləri üzrə ödənişlərin həcmi isə 11.6% artaraq 80 milyon 235 min manata bərabər olub.

Beləliklə, cari ilin yanvar-sentyabr aylarında könüllü sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqından 46.5 manat sığorta ödənişi edilib. Bu rəqəm 2022-ci ilin ilk 9 ayında 44.6 manata bərabər olub. Bu ilin yanvar-sentyabr ayları ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 32.1 manat təşkil edib ki, bu göstərici ötən ilin ilk 9 ayında 40.4 manata bərabər idi.