Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iş adamları arasında birgə layihələrə dair fikir mübadiləsi aparılıb.
“İki sahil” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb.
Bildirilib ki, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə səfərdə olan Dubay Palatalarının Orta Şərq və Avrasiya üzrə regional direktoru Abdulla Baqeri ilə görüşüb.
Görüşdə Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin iş adamları arasında işgüzar əməkdaşlığın təşviqinə, bu sahədə birgə təşəbbüslərə və layihələrə dair fikir mübadiləsi aparılıb.
“Crystal Group of Companies” ASC vergi borcu ilə bağlı yayılan iddialara AYDINLIQ GƏTİRDİ
Dövlət Turizm Agentliyi ilə UNESCO arasında əməkdaşlıq əlaqələri müzakirə olunub