24 oktyabr 2023 09:55
249

Naxçıvanda Data Mərkəzi inşa ediləcək

Naxçıvan Muxtar Respublikasında (Naxçıvan şəhərində) müasir standartlara uyğun olaraq Tier-3 səviyyəli Data Mərkəzi inşa ediləcək.

“İki sahil” xəbər verir ki, bu barədə Naxçıvan Şəhər Rabitə İdarəsi məlumat yayıb.

Məlumata görə, artıq binanın layihələndirilməsi istiqamətində işlərə başlanılıb. Layihə gələn il martın 1-nə qədər hazır olmalıdır.