2023-ci il oktyabr ayının 1-nə Azərbaycan iqtisadiyyatına banklar tərəfindən kredit qoyuluşları 22 281.9 mln. manat təşkil edib.
"İki sahil" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, cari ilin sentyabr ayının 1-nə olan göstərici ilə müqayisədə 2.1% çoxdur.
Ötən ilin eyni dövrü ilə müqayisədə isə iqtisadiyyata kredit qoyuluşları 16.3% və ya 3 mlrd. 124.7 mln. manat artıb. Belə ki, 2022-ci ilin oktyabr ayının 1-nə kredit qoyuluşlarının həcmi 19157.2 mln. manat təşkil edib.
“Crystal Group of Companies” ASC vergi borcu ilə bağlı yayılan iddialara AYDINLIQ GƏTİRDİ
Dövlət Turizm Agentliyi ilə UNESCO arasında əməkdaşlıq əlaqələri müzakirə olunub