24 oktyabr 2023 11:57
310

Sahib Məmmədov: İcmal büdcənin 82 %-i DİM hədəfləri ilə əlaqələndirilib

Bu il ölkəmizdə ilk dəfə olaraq, BMT-nin İnkişaf Proqramının dəstəyi ilə Dövlət xərclərinin DİM-lər (Qlobal Dayanıqlı İnkişaf Məqsədləri) ilə əlaqələndirilməsi üzrə metodologiya hazırlanıb.

“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Bakıda keçirilən "2023-cü il Qlobal DİM Sammitinin Nəticələri və DİM-lərin həyata keçirilməsində Ali Audit Qurumlarının rolu" mövzusunda 3-cü DİM Dialoqunda bildirib.

"Büdcə xərc maddələrinin DİM hədəfləri ilə ilkin əlaqələndirilməsi göstərir ki, 2022-ci ildə icmal büdcənin ümumilikdə 82 %-i DİM hədəfləri ilə əlaqələndirilib. Bu rəqəm 2022-ci il ÜDM-nin təxminən 23%-nə bərabərdir" - Sahib Məmmədov əlavə edib.