24 oktyabr 2023 11:37
275

Nazir: Sənaye zonalarında 11,1 milyard manatlıq məhsul istehsal edilib

İndiyə qədər Azərbaycandakı sənaye zonalarında 11,1 milyard manatlıq məhsul istehsal edilib və bunun təqribən 32,4 %-i ixrac edilib.

“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsində hesabında bildirib.

Onun sözlərinə görə, bu ilin yanvar-sentyabr aylarında isə sənaye zonalarında fəaliyyət göstərən müəssisələr məhsul istehsalının dəyərini ötən ilin eyni dövrü ilə müqayisədə 7 % artıraraq 2,3 milyard manata çatdırıb. Bunun da 31,2 %-i ixrac olunub.