SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası Lənkəran rayonunda sakinlərin ixtiyarına verilib. Sakinlərin səsləndirdikləri müraciətlərlə bağlı Birliyin Lənkəran Regional Qaz İstismarı İdarəsinin rəhbərliyi tərəfindən müvafiq tapşırıqlar verilib.
Görüş yekunlaşdıqdan sonra RQİİ-nin rəhbər şəxsləri rayonun Şıxakəran kənd sakini, şəhid anası Ramizə Nurullayevanın müraciəti əsasında şəhid ailəsini ziyarət ediblər.
Şəhid anasının mənzildaxili qaz xətlərinin tikinti norma və qaydalarına uyğun çəkilməsi ilə bağlı ünvanladığı müraciətin icrası ilə bağlı yerində tapşırıq verilib. Birlik əməkdaşları qısa müddət ərzində tapşırığın icrasına başlayıblar.
Elçin Zaman, «İki sahil»
SOCAR-ın prezidenti ABŞ Dövlət Departamentinin baş müşaviri və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin ölkə üzrə meneceri ilə görüşüb
"Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub