Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsinin həyata keçirilməsi maliyyə institutlarına, xüsusilə də banklara "yaşıl" maliyyə məhsullarını inkişaf etdirməyə, təmiz enerji mənbələrinin inkişafını kreditləşdirməyə və bu sahəyə investisiya qoymağa əlavə təşəbbüslər yaradacaq.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının baş direktoru Ziya Əliyev "2023-cü il Qlobal Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Sammitinin Nəticələri və DİM-lərin həyata keçirilməsində Ali Audit Qurumlarının rolu" mövzusunda 3-cü DİM Dialoqunda deyib.
"Yol xəritəsinin inkişafı, eyni zamanda uyğun requlyativ çərçivənin formalaşmasında bankları istiqrazların buraxılmasına motivləndirəcək. Bu da "yaşıl iqtisadiyyatın" inkişafında maliyyə mənbələrinin artırılmasına və gücləndirilməsinə öz töhfəsini verəcək", - deyə Z.Əliyev bildirib.
“Crystal Group of Companies” ASC vergi borcu ilə bağlı yayılan iddialara AYDINLIQ GƏTİRDİ
Dövlət Turizm Agentliyi ilə UNESCO arasında əməkdaşlıq əlaqələri müzakirə olunub