Yaxın Şərqdə baş verən münaqişə neft bazarlarını dərindən sarsıda bilər.
"İki sahil"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol bildirib.
"Bu gün biz Yaxın Şərqdə neft bazarlarını yenidən və dərindən sarsıda biləcək böyük geosiyasi böhranla üz-üzəyik. Çünki bu regionda bir çox neft hasil edən ölkələr yerləşir", - Fatih Birol qeyd edib.
O, əlavə edib ki, hazırda münaqişədə hansı Yaxın Şərq ölkələrinin iştirak etdiyi və böhranın ticarət yollarına necə təsir edəcəyi ilə bağlı müzakirələr aparılır.
“Bunlar qlobal neft təhlükəsizliyi üçün ciddi risklərə səbəb ola biləcək mürəkkəb məsələlərdir”, - Fatih Birol vurğulayıb.
“Crystal Group of Companies” ASC vergi borcu ilə bağlı yayılan iddialara AYDINLIQ GƏTİRDİ
Dövlət Turizm Agentliyi ilə UNESCO arasında əməkdaşlıq əlaqələri müzakirə olunub