Qəbələ rayonu, Bum qəsəbə sakini Rəhimov Elçin Umar oğluna məxsus evin yararsız vəziyyətə düşməsi ilə əlaqədar 6 nəfərdən ibarət ailənin yaşayış yerinin olmaması barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olub.
Bu barədə “İki sahil”ə FHN-dən məlumat verilib.
Bildirilib ki, bununla əlaqədar FHN-in Şimal-qərb Regional Mərkəzinin əməkdaşları tərəfindən Bum qəsəbə sakini E.Rəhimov üçün müvəqqəti yaşayış məqsədilə çadır ev qurularaq vətəndaşa təhvil verilib.
Nazirliyin Aparatının rəhbəri Fuad Musayev Kürdəmir rayonunda vətəndaşları qəbul edəcək
Növbəti "Sosial saat"da DOST Agentliyində kadr siyasəti və könüllülük sistemindən danışılacaq