26 oktyabr 2023 11:09
358

Taleh Kazımov: Bu il Azərbaycanda internet bankçılıq üzrə əməliyyatların həcmi 15 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda internet bankçılığı vasitəsilə əməliyyatların həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 15 % artaraq 172 milyard manat təşkil edib.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Bakıda keçirilən “Critical Infrastructure Defence Challenge 2023” tədbiri çərivəsində təşkil olunan konfransda deyib.

"Mobil bankçılıq vasitəsilə həyata keçirilən əməliyyatların həcmi isə 2,4 dəfə artaraq 18,5 milyard manat olub", - deyə T. Kazımov əlavə edib.