26 oktyabr 2023 11:42
406

Akif Əlizadə: Gizli yataqların istifadəyə verilməsi lazımdır

"Ehtiyatların bir qədər artırılması, yeni koordinatorların daxil edilməsi və başqa gizli yataqların istifadəyə verilməsi lazımdır".

“İki sahil” xəbər verir ki, bunu Geologiya və Geofizika İnstitutunun baş direktoru Akif Əlizadə Beynəlxalq Geologiya-Mədənçilik Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan geologiyası 7 km-ə qədər dəqiqliklə öyrənilib: "Bu gün informasiya texnologiyaları həm dağ-mədən, həm də başqa sənaye istiqamətlərinə daxil edilməlidir. Gizli yataqların tapılması dağ-mədən sənayesinin gələcəkdə qarşısında duran problemlərdən olmalıdır. Bu sahədə elm və dağ-mədən mütəxəssisləri şərikli işləməlidir".