Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında sahibkarlara 100 milyon manatdan çox kredit verilib, bunun 4,197 milyon manatı Sahibkarlığın İnkişafı Fondunun xətti ilə - güzəştli qaydada ayrılıb.
“İki sahil” xəbər verir ki, bunu Nахçıvаnın iqtisаdiyyat nаziri Tapdıq Əliyev iş adamlarının iştirakı ilə keçirilən tədbirdə bildirib.
"Güzəştli kreditlərin 3,69 milyon manatı sənaye, 492 min manatı kənd təsərrüfatı, 15 min manatı isə xidmət sektorunun inkişafına yönəldilib”, - deyə o qeyd edib.
“Crystal Group of Companies” ASC vergi borcu ilə bağlı yayılan iddialara AYDINLIQ GƏTİRDİ
Dövlət Turizm Agentliyi ilə UNESCO arasında əməkdaşlıq əlaqələri müzakirə olunub