"Bakı Metropoliteni" QSC-nin Bənövşəyi xəttinə aid, şərti adı "B-04" olan stansiyasının adı ilə bağlı təkliflər verilib.
“İki sahil” xəbər verir ki, bunu səhmdar cəmiyyətinin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
"Stansiyalara adların verilməsi Nazirlər Kabinetinin səlahiyyətindədir. Ad verilən zaman stansiyaların yerləşdiyi əraziyə və yaxud Azərbaycan üçün əhəmiyyətli olan hadisələrə uyğun ad seçilir. Hələlik bu metro stansiyanın adı ilə bağlı dəqiq, real müzakirə olmayıb, amma bir sıra təkliflər mövcuddur", - deyə o qeyd edib.
“Crystal Group of Companies” ASC vergi borcu ilə bağlı yayılan iddialara AYDINLIQ GƏTİRDİ
Dövlət Turizm Agentliyi ilə UNESCO arasında əməkdaşlıq əlaqələri müzakirə olunub