Azərbaycan istəyərsə Dünya Bankı "ağıllı kənd"lərin maliyyələşdirilməsində ona dəstək ola bilər.
“İki sahil” xəbər verir ki, bunu mətbuata açıqlamasında Dünya Bankının Azərbaycandakı ölkə meneceri Stefanie Stallmeister bildirib.
“Azərbaycanda "ağıllı kənd"lərin yaradılması müsbət haldır və bunu dəstəkləyirik. Həmin kəndlərin maliyyələşdirilməsi ilə bağlı məsələ isə dövlətin səlahiyyətindədir. Əgər dövlət bunu istəyərsə dəstək göstərməkdən məmnun olarıq. Bu, qeyri-dövlət təşkilatlarının da inkişafı baxımından uğurlu yanaşmadır. Ancaq bu, dövlətin qərarından asılıdır”, - deyə o qeyd edib.