28 oktyabr 2023 13:20
447

Azərbaycanda kartof yığımı 40 min ton azalıb

2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda 49 min 77.4 hektar sahədən 981 min 927 ton kartof yığılıb.

“İki sahil”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.9% və ya 40 min ton azdır.

2022-ci ilin yanvar-sentyabr aylarında 54 min 66.7 hektar sahədən 1 milyon 21.9 min ton məhsul yığılıb.

Qeyd edək ki, hesabat dövründə ən çox kartof Şəmkir (188 590 ton), Cəlilabad (171 500 ton) və Tovuz (160 000 ton) rayonlarından yığılıb.