30 oktyabr 2023 10:01
311

Şoyqu Çinə işgüzar səfər edib

Rusiya müdafiə naziri Sergey Şoyqu Çinə işgüzar səfər edib. APA-nın Moskva müxbiri xəbər verir ki, səfər zamanı Şoyqu Syanşan Təhlükəsizlik Forumunda iştirak edib.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Şoyqu Forumda çıxşı zamanı Ukraynadakı müharibə barədə danışıb.

Bildirib ki bu yay başlayan əks-hücum zamanı Ukrayna Silahlı Qüvvələrinin döyüş meydanında mühüm uğurlar əldə etmədən 90 mindən çox hərbçisi ölüb və yaralanıb.

Onun sözlərinə görə, Rusiya Ukraynadakı böhranın münaqişədən sonrakı həllini müzakirə etməyə hazırdır.