"Bu il Hesablama Palatası tərəfindən Naxçıvan Muxtar Respublikasının əhatə dairəsində olan dövlət müəssisə və təşkilatlatlarında 9 audit aparılıb".
“İki sahil” xəbər verir ki, bunu Naxçıvanda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə "Dövlət müəssisə və şirkətlərinin fəaliyyətində maliyyə hesabatlılığı və şəffaflığın gücləndirilməsi" mövzusunda keçirilən tədbirdən sonra Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, auditlərin nəticələri onlar tərəfindən ümumiləşdirilib, ümumi xarakterli nöqsanların hamısını qruplaşdırılıb: "Bu qruplaşdırma bəzi nöqsanların hüquqi bazanın təkmil olmamasından irəli gəldiyini deməyə əsas verir".