2024-cü il dövlət büdcəsində Dövlət Vergi Xidməti (DVX) xətti ilə daxilolmaların cari ilin gözlənilən daxilolmalarına nisbətən 2 238 milyon manat və ya 13.9% azalması proqnozlaşdırılır.
“İki sahil” xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinə Hesablama Palatasının Rəyi”ndə əksini tapıb.
2024-cü il üçün qeyri- neft sektoru üzrə ÜDM-in həcminin artırılması eləcə də iqtisadi aktivliyin stimullaşdıran mülayim inflyasiya səviyyəsinə nail olunmasının hədəflənməsi şəraitində neft-qaz sektorundan əlavə dəyərin həcminin azalması hesabına DVX xətti ilə təmin edilməli gəlirlər üzrə daxilolmaların cari ilin gözlənilən daxilolmalarına nisbətən 2 238 milyon manat və ya 13.9% azalması dövıət büdcəsinin ümumi gəlirlərinin də gözlənilən daxilolmalarla müqayisədə az proqnozlaşdırılması ilə nəticələnib.
“Crystal Group of Companies” ASC vergi borcu ilə bağlı yayılan iddialara AYDINLIQ GƏTİRDİ
Dövlət Turizm Agentliyi ilə UNESCO arasında əməkdaşlıq əlaqələri müzakirə olunub