30 oktyabr 2023 17:18
370

Azərbaycan Britaniya ilə "yaşıl enerji" sahəsində əməkdaşlığı genişləndirmək istəyir

Azərbaycan və Böyük Britaniya "yaşıl enerji" sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov özünün "X" hesabında qeyd edib:

"Həmsədr, Biznes və Ticarət Departamentində ixracat naziri Malkolm Offord ilə Azərbaycan və Böyük Britaniya arasında Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti, Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi və ikitərəfli yaşıl enerji əməkdaşlığına dair müzakirələr apardıq", - deyə nazir əlavə edib.