03 noyabr 2023 12:01
324

Hava limanı ekspress avtobus marşrut xəttinin hərəkət qrafiki dəyişib

Hava limanı ekspress avtobus marşrut xəttinin hərəkət qrafikində dəyişiklik edilib.

"İki sahil” "Bakubus" MMC-ə istinadən xəbər verir ki, ekspress avtobuslarının intervalı 1 saatdan 30 dəqiqəyə endirilib.

“Hava limanı ekspress marşrut xəttinin hərəkət qrafikində dəyişiklik edildi. Sizdən daxil olan çoxsaylı müraciətləri nəzərə alaraq ekspress avtobuslarının intervalı 1 saatdan 30 dəqiqəyə endirildi, müvafiq olaraq bu marşrut xətti üzrə hərəkət edən avtobusların sayı artırıldı”, - məlumatda qeyd olunub.