03 noyabr 2023 15:05
315

“Aqrarkredit” BOKT-un dividend ödənişi üzrə proqnoz 5 % arıtırlır

“Aqrarkredit" QSC bank olmayan kredit təşkilatının (BOKT) 2024-cü ildə dövlət büdcəsinə 220 min manat divident ödəməsi nəzərdə tutulur.

“İki sahil” xəbər verir ki, bu barədə Hesablama Palatasının "2024-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir.

Sənədə əsasən, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 4,8 % çoxdur.

Rəydə həmçinin deyilir ki, bu ilin yanvar-avqust aylarında kredit təşkilatı 200 min manat dividend ödəyib və proqnozu 95,2 % icra edib.

Xatırladaq ki, “Aqrarkredit” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 45,339 milyon manatdır. BOKT 100% dövlətə məxsusdur.