Bu ilin yanvar-sentyabr aylarında tekstil sahəsində ixtisaslaşmış Mingəçevir Sənaye Parkında 54 milyon manatlıq məhsul istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18 % çoxdur.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, indiyə qədər Parka 159 milyon manatlı investisiya yatırılıb, 500-dən çox daimi iş yeri yaradılıb, 268 milyon manatlıq məhsul istehsal olunub və bunun 86 %-i ixrac edilib.
Zərgərlik məmulatlarının satışı sahəsində fəaliyyət göstərən sahibkarlarla növbəti maarifləndirici görüş keçirilib
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Azərbaycan Dövlət İnformasiya Agentliyinə geniş müsahibə verib
Azərbaycanın maliyyə bazarının inkişafı istiqamətində atılan mühüm addımlardan biri