"Sabah “xAI” şirkəti ilk süni intellekt (AI) modelini seçilmiş qrupa təqdim edəcək. Bəzi vacib parametrlərə görə, o, hazırda mövcud olanlar sırasında ən yaxşısıdır.”
“İki sahil” xəbər verir ki, İlon Mask bu sözləri “X” sosial şəbəkəsindəki səhifəsində paylaşımında qeyd edib.
Qeyd edək ki, bu ilin iyul ayında İlon Mask süni intellektlə məşğul olacaq “xAI” şirkətinin yaradıldığını elan edib.