06 noyabr 2023 12:10
333

Aİ-də qaz anbarlarının doluluq səviyyəsi ilk dəfə olaraq 100%-ə yaxınlaşıb

Avropa İttifaqında yeraltı qaz anbarlarının doluluq səviyyəsi ilk dəfə olaraq 99,5%-i ötüb.

"İki sahil"in məlumatına görə, bu barədə "Gas Infrastructure Europe" Assosiasiyasının məlumatlarında bildirilib.

Məlumata görə, Avropada qaz anbarlarının doluluq səviyyəsi 99,55%-ə çatıb.

Qeyd olunub ki, hazırda anbarlarda olan qazın həcmi 110,2 mlrd. kubmetr təşkil edir.