09 noyabr 2023 13:55
372

“Brent” neftinin qiyməti 80 dollara enib

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin yanvar müqaviləsinin dəyəri 0,69% artaraq 1 barelə görə 80,09 dollar təşkil edib.

“İki sahil” xəbər verir ki,  Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin dekabr ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,64 % artaraq 75,81 dollar olub.