13 noyabr 2023 12:18
232

Mikayıl Cabbarov: Anti-inflyasiya tədbirləri inflyasiya yavaşlamasına şərait yaradıb

Cari ilin 10 ayında xarici ticarət balansında profisit 15 mlrd dollar olub.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, anti-inflyasiya tədbirləri inflyasiya yavaşlamasına şərait yaradıb: “Nəticədə 2023-cü ilin 9 ayında inflyasiya 10,9% təşkil edib”.