13 noyabr 2023 18:28
320

İlin əvvəlindən Türkiyənin polad məhsulları ixracı azalıb

2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 32,6 faiz azalaraq, 12,4 milyard dollara yaxın olub.

“İki sahil” xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin oktyabr ayında Türkiyə 1,3 milyard dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 3,1 faiz azdır”, - deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2022-oktyabr 2023) Türkiyə 15 milyard dollar məbləğində polad məhsulları ixrac edib.