14 noyabr 2023 10:05
280

Qızıl cüzi ucuzlaşıb, gümüş bahalaşıb

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,09% azalaraq 1 948,4 ABŞ dollarına bərabər olub.

“İki sahil” xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti isə 0,25% artaraq 22,42 dollar təşkil edib.