Naxçıvan Muxtar Respublikasında noyabr ayının 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 13,7 % artaraq 14 273 olub.
“İki sahil” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.
Bildirilir ki, hesabat dövründə aktiv əlavə dəyər vergisi (ƏDV) ödəyicilərinin sayı 22,5 % artıb və 413 təşkil edib.
Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 17 % artaraq 5 206-ya çatıb.