2024-cü ildə Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinin gəlirlərinin 2023-cü illə müqayisədə 13,7 % çox - 173,1 milyon manat olacağı proqnozlaşdırılır.
Bu barədə “İki sahil”ə yerli Nazirlər Kabinetindən bildirilib.
Məlumata görə, muxtar respublikanın Baş naziri Səbuhi Məmmədov Milli Məclisdə 2024-cü ilin dövlət büdcəsi layihəsinin və büdcə zərfinə daxil olan sənədlərin müzakirəsi ilə əlaqədar keçirilən növbəti plenar iclasda iştirak edib. Hökumət başçısı bildirib ki, büdcə gəlirlərinin tərkibində əsas yeri 30,4 % payla əlavə dəyər vergisi, 24,6 % payla fiziki şəxslərin gəlir vergisi, 29,1 % payla aksiz vergisi və 15,9 % payla digər vergilər tutacaq.
Xatırladaq ki, gələn il Naxçıvanın büdcəsinin bu ilə nisbətən 14,65 % az - 516,4 milyon manat olacağı gözlənilir. Bu məbləğin 66,5 %-i və yaxud 343,3 milyon manatı dövlət büdcəsindən ayrılacaq dotasiya hesabına təmin olunacaq. Bu isə 24,2 % azalma deməkdir.
S.Məmmədov diqqətə çatdırıb ki, hökumət büdcə gəlirlərinin maksimum artırılması hesabına mərkəzi büdcədən muxtar respublikaya ayrılan dotasiyanın azaldılması üçün bundan sonra da tədbirlər həyata keçirəcək.
"Yaşıl enerji dəhlizi"nə investisiyalar 22 milyard avro məbləğində qiymətləndirilib