15 noyabr 2023 12:37
285

Azərbaycan 9 ayda fındıq ixracından 111 milyon dollar gəlir əldə edib- Azad Cəfərli

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan fındıq ixracından 110 milyon 643 min ABŞ dolları gəlir əldə edib.

“İki sahil” xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi aparatının rəhbəri Azad Cəfərli Bakıda keçirilən "Fındıq potensialının artırılması: Məhsuldarlıq, keyfiyyət və ixrac həcminin artırılmasına innovativ yanaşmalar" mövzusunda beynəlxalq konfransda bildirib.

“Kənd təsərrüfatı məhsulları arasında fındıq mühüm yer tutur və ixrac potensialına görə qərzəkli meyvələr arasında I yerdə qərarlaşıb", - deyə o qeyd edib.

Nazirlik rəsmisi həmçinin əlavə edib ki, işğaldan azad olunmuş ərazilərdə aqrar sektor bərpa edilməkdədir: “2021-ci ildə 10 min hektar, 2022-ci ildə 50 min hektar, 2023-cü ildə isə 72 min hektar ərazi əkin dövriyyəsinə qatılıb".