15 noyabr 2023 12:53
313

Azərbaycanda neft emalı 8% artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 5,5 mln. ton neft emal edilib, bu da illik müqayisədə 7,84% çoxdur.

Bu barədə “İki sahil” Energetika Nazirliyinə istinadən xəbər verir.

Qeyd edək ki, ötən ilin yanvar-oktyabr aylarında Azərbaycanda 5,1 mln. ton neft emal edilib.

Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.