16 noyabr 2023 12:12
352

10 ayda respublikada elektrik enerjisi istehsalı 1,2% artıb - YENİLƏNİB

2023-cü ilin yanvar-oktyabr ayları üzrə operativ məlumatlara əsasən, 10 ayda respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 278,5 mln. kVt·st, yəni 1,2 % artaraq 24 032,8 mln. kVt·st olub.

Energetika Nazirliyindən "İki sahil"ə verilən məlumata görə, yanvar-oktyabr ayları ərzində elektrik enerjisi istehsalı İES-lərdə 22 213,8 mln. kVt·st, SES-lərdə 1 529,3 mln. kVt·st, digər mənbələr üzrə isə 289,7 mln. kVt·st təşkil edib. Bu dövrdə külək elektrik stansiyalarında 49,1 mln. kVt·st, günəş elektrik stansiyalarında 58,6 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 182,0 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

Hesabat dövründə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 21 674,6 mln. kVt·st (İES-lərdə 20 242,1 mln. kVt·st, SES-lərdə 1 432,5 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 402,6 mln. kVt·st (İES-lərdə 264,7 mln. kVt·st, SES-lərdə 84,0 mln. kVt·st, Günəş ES-də 53,9 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 37,8 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 1 917,8 mln. kVt·st təşkil edib.

2023-cü ilin yanvar-oktyabr ayları üzrə elektrik enerjisinin ixracı 2 357,1 mln. kVt·st, idxalı isə 190,1 mln. kVt·st olub.

Qeyd edək ki, 2023-cü ilin oktyabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 494,2 mln. kVt·st olub. Bu ayda elektrik enerjisinin idxalı 10,5 mln. kVt·st, ixrac isə 519,4 mln. kVt·st təşkil edib.

***

Bu ilin 10 ayında Azərbaycanda ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı 278.5 mln. kVt-saat artaraq 24032,8 mln. kVt-saat olub.

“İki sahil” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X“ sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Melumata görə, ixrac 2357,1 mln. kVt-saat, idxal isə 190,1 mln. kVt-saat səviyyəsində olub.

“Bu ilin 10 ayında operativ məlumatlara əsasən ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı 278.5 mln. kVt-saat artaraq 24032.8 mln. kVt-saat, ixrac 2357.1 mln. kVt-saat, idxal isə 190.1 mln. kVt-saat olub”, - paylaşında qeyd olunur.

Bildirilir ki, yanvar-oktyabr aylarında İES-lər üzrə 22 213.8 mln. kVt-saat, su da daxil olmaqla bərpa olunan mənbələrdən 1 819 mln. kVt-saat elektrikenerjisi istehsal edilib.